Evdə pişik saxlamağa icazə verilirmi?

Hit: 560
Evdə pişik saxlamağa icazə verilirmi?

Əgər onun haqqını verə bilsəniz, əlbəttə saxlamaq olar. Yəni ona yemək vermək və əziyyət verməmək şərti ilə saxlamaq olar. Muhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) bu haqda belə demişdir: "O (pişik), murdar deyil. Ancaq o, sizin yan-yörənizdə çox gəzib dolaşan bir heyvandır". (Əbu Davud, 75).

Faktor.az zikr.az-a istinadən bildirir ki, hədisdən məlum olur ki, pişik pak bir heyvandır. Buna görə də onu evdə saxlamaq qadağan deyildir. Hətta Abdurrahmən adlı bir səhabə (Allah ondan razı olsun) pişikləri çox sevdiyi üçün peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ona Əbu Hureyrə ("pişiklərin atası") kunyəsini (ləqəbini, təxəllüsünü) vermişdir.









Redaktorun seçimi