Bazar gününün ən reytinqli verilişi Tovuzda - VİDEO

Hit: 2424
Bazar gününün ən reytinqli verilişi Tovuzda - VİDEO

19 Mart tarixində ilk bölümü yayımlanan “Amil Xəlil ilə Bura Vətəndir!” verilişi bazar gününün reytinqli verilişlərindən biri oldu.

İlk bölümdən tamaşaçıların rəğbətin qazanan layihə bu dəfə Tovuz elinin qonağı oldu. Tovuzda maraqlı araşdırmalar həyata keçirən araşdırmaçı jurnalist Amil Xəlil illər sonra “Böyük Dayaq” filminin maraqlı və eksklüziv araşdırmasını sizlərə təqdim edəcək. Hətta Tovuzun özündə belə tarixi filmin Muğan düzündə çəkildiyini düşünənlər belə var imiş. Bundan başqa Baş rol ifaçısı mərhum sənətkar Ələskər Ələkbərovun (Rüstəm kişi) maraqlı və faciəvi həyat hekayəsi haqqında da teleməkanda ilk dəfə olaraq “Bura Vətəndir” layihəsində danışılacaq.

Tovuz aşıqlarının Şirvan aşıqlarından fərqinin olduğunu bilirdinizmi? Tovuzun məhşur ustadlarından Şirvan aşıqları haqqında məzələ açıqlamalar : “Onlar oynağan aşıqlardı. Bizlər isə ağır otur batman gəz…”

Tovuz fəsəslisinin dadı bütün dünyaya yayılıb. Bəs bu Fəsəli necə hazırlanır? Cəmi 2 dəqiqə də asanlıqla öyrənəcksiniz.
Məhşur bəylərin məhşur evləri. Sovet dövründə sürgün edilən 2 bəyin evini yandırmağa gələn düşmənlərə qarşı çıxan Tovuzun Yuxarı Öysüzlü kəndinin mərd insanları həmin gecədən danışacaq.

Sonradan bəylərin evləri məktəb kimi fəaliyyət göstərir. Məktəbdə generallar, müəllimlər, elm adamları yetişib. Hər kəsə əl tutan bəylərin maraqlı həyat hekayələri. Bəs indi bərbad olan bu tarixi evlərə necə sahib çıxmalıyıq?

“Koroğlu dağında 2 tonqal qalanır” – bu cümlə Tovuzda vaxti ilə çox işlədilib. Koroğlu dağının tarixdəki izi… Yaşlı nəsil hələ də o dağa baxır. Səbəbləri “Amil Xəlil ilə Bura Vətəndir! ” layihəsində


Zibil qablarının yanından keçərkən burnunuzu tutursunuz? Amma Tovuzlu gənc oğlan o zibil qablarının içərisindən götürdüyü qırıq-salxaq əşyalardan görün nələr hazırlayır nələr. İnanılmaz amma gerçək.

Torpaq altında bir nəsil. Göytəpənin səssiz-səmirsiz hekayəsi…

Bunlar və daha artıq … Gözünüz bizdə olsun. İndidən bir kənara qeyd edin ki, məlumatlı olasınız . Sonra getdiyiniz məkanlarda “Bunu bilirəm” sözünü asanlıqla işlədəsiniz. Məqsədimizdə marifləndirməkdir.

Bu bazar 26 mart saat 14:00 da Lider Tv də. Verilişin informasiya dəstəyi Faktor.az  saytıdır.









Redaktorun seçimi