Lider TV-nin "Bura Vətəndir"i - Ağsuda "vətənsiz" qaldı

Hit: 812
Lider TV-nin "Bura  Vətəndir"i - Ağsuda "vətənsiz" qaldı

"Görünən odur ki,  Ağsu icra hakimiyyətinin bəzi nümayəndələri xalqa xidmət etmir. Şəxsi fikrimdir. Sözümün canı var. Gələn verilişdə (Ağsuya aid bölümü) izləyəndə bilərsiniz nə demək istədiyimi".

Faktor.az bildirir ki, bunu facebook hesabında Lider Tv-nin "Bura Vətəndir" verilişinin aparıcısı Amil Xəlil yazıb.

O deyib ki, 2 həftədir bir qadın bizi sağa da burdu, sola da. "Cənab başçının bu işdən əminəm ki, xəbəri yoxdu. Xəbər vermək istəyənlər də bizdən çəkinir... Dəhşətdir. Ağsununda milli- mədəni dəyərlərindən tutmuş tarixinə kimi hər bir nüansı çəkməyə təbii ki, bizə icra strukturu kömək etməlidir. Amma heç bir olmadı.

Biz dövlətimizi də dövlətçiliyimizi də sevirik ... Qanımızda Azərbaycan qanı axır. Vətənimizi sevirik. Şəxsən Vətən sevgimdən yaranıb bu layihə. İnanıram ki, təkbaşına Ağsuda maraqlı çəkiliş edəcəm. Amma sonda özüm özümə təşəkkür edəcəm... Bir də Ağsu camaatına".

Daha sonra o, Ağsu camaatından kömək gözlədiyini də deyib:  "Biz orada yadıq. Bir tarix müəllimi və ya Ağsunun hər tərəfini tanıya bilənlərdən dəstək gözləyəcəm. Plan qurulub artıq. 2 saatlıq vaxt sərf edəcəyik".

 
 









Redaktorun seçimi