Xəbər saytları haqda verilişin vaxtı və adı dəyişdi - VİDEO

Hit: 873
Xəbər saytları haqda verilişin vaxtı və adı dəyişdi - VİDEO
Ölkənin ilk xəbər şousu yeni vaxtda ekrana gələcək. ARB TV-də Murad Həşimov və Sevda Rəsulqızının təqdimatında yayımlanan "Günün ardınca" proqramı 27 martdan etibarən "Günə doğru" adı ilə və yeni vaxtda ekrana gələcək.
 
Faktor.az xəbər verir ki, xəbər saytlarının yazdıqlarını, gündəmin ən qaynar manşetlərini, gecənin qaranlığında yaşananları, ekspert və sizin fikirlərinizlə bərabər "Günə doğru" proqramında izləyəcəksiniz.
 
"Günə doğru" proqramı həftə içi hər gün saat 07:50-dən etibarən ARB TV-də yayımlanacaq.

 









Redaktorun seçimi