İşıqfor elə yerə qoyulub ki... - VİDEO

Hit: 800
İşıqfor elə yerə qoyulub ki... - VİDEO

Balaxanı qəsəbəsindən Zabrat yoluna keçən hissəsində işıqfor elə yerə qoyulub ki, sürücülər çaşbaş düşür.

Faktor.az xezerxeber.az-a istinadən bildirir ki, yolun ortasında olan işıqforun hansı istiqamətə gedənlərə aid olduğu bilinmir. Əslində qanunla bu yolun sağ hissəsindən hərəkət edən sürücülərə işıqforun aidiyyatı yoxdur. Buna baxmayaraq işıqforu gözləməyən sürücülər cərimələnirlər.

Bu yolda hərəkət edən sürücülər ya qanunları bilmədiyindən gözləyirlər, ya da cərimələnməkdən çəkinirlər. Baxmayaraq ki, təhlükəsizlik adacığında olan işıqforun sağ tərəflə hərəkət edən sürücülərə heçbir aidiyyatı yoxdu, amma onlar yenə də yaşıl işığı gözləyirlər.

Çəkiliş apardığımız müddətdə müşahidə elədik ki,sürücülərin demək olar ki, hamısı işıqforun qırmızı işığında dayanır. Baxmayaraq ki həmin yolda olan stop nişanı onlara icazə verir ki, solu gözləyib rahat keçsinlər. Sürücülər isə işıqforun qırmızı işığını gözləməyib keçəndə cərimələndiklərini deyirlər.

Yol hərəkəti üzrə ekspert ərşad Hüseynov isə deyir ki,yolun həmin hissəsində işıqforun qırmızı işığında keçdiyinə görə heçkim sürücün cərimələyə bilməz ,çünki işıqfor yolun sol tərəfinə aiddir.

Ekspertin fikrincə problemi aradan qaldırmaq üçün həmin yola əlavə yol ver nişanı qoyulmalı ya da işıqforun yerini dəyişərək sağ tərəfə keçirməklə hər iki hissəyə aid edilməlidir.









Redaktorun seçimi