Sakinlər 3 ildir ki, bu iki problemdən əziyyət çəkir - VİDEO

Hit: 336
Sakinlər 3 ildir ki, bu iki problemdən əziyyət çəkir - VİDEO

Sexdən atılan çirkab sularının üfunət iyindən yay-qış sakinlər dayana bilmir. Bir tərəfdən də artıq toyuq sümüklərinə yığışmış küçə itləri həyətə çıxmağa imkan vermir . Paytaxtın Balaxanı qəsəbəsi Həsən Əliyev küçəsinin sakinləri 3 ildir ki, bu iki problemdən əziyyət çəkir.

Faktor.az xezerxeber.az-a istinadən bildirir ki, bir tərəfdə üfunət iyi verən gölməçə, digər tərəfdə toyuq sür sümüyünə yığışmış itlər. Balaxanı qəsəbəsindəki fəaliyyət göstərən quşçuluq təssərrüfatı ərazidə yaşayan sakinləri təmiz hava üzünə həsrət qoyub.

Üstəlik artıq qalan artıq sümüklərin də elə çox uzağa yox, düz sakinlər olan evlərin yanına atılması küçə itlərini bura dadandırıb.

Özü kiçik olsa da,problemlri böyük olan müəssisənin də məsələyə münasibətini öyrənməyə çalışdıq. Amma dəfələrlə qapısın döyməyimizə baxmayaraq üzümüzə qapı açan olmadı.









Redaktorun seçimi