Vahid sürücü forması: - Sürücülər geyim tələbinə riayət etmir - VİDEO

Hit: 401
Vahid sürücü forması: - Sürücülər geyim tələbinə riayət etmir - VİDEO

Hörmətli oxucular, xatırlayırsızsa bir müddət əvvəl ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülər üçün vahid forma müəyyənləşdirilmişdi. Elə həmin dövrdə geyim qaydalarına riayət edilməsi sürücülərdən tələb edilir və əksəriyyət də buna riayət edirdi. İndi isə vahid geyim qaydasına demək olar ki riayət edən sürücü yoxdur. Apardığımız araşdırma bunu deməyə əsas verir.

Bir müddət əvvəl vahid forma ilə sükan arxasına əyləşən sürücülər, indi nə gəldi geyinirlər. Söhbət paytaxtda sərnişin avtobuslarının sürücülərindən gedir.

Faktor.az xezerxeber.az-a istinadən bildirir ki, təxminən 2 ilə bundan əvvəl əksər daşıyıcı şirkət qarşısında vahid forma tələbi qoyulsada, indi buna əməl edən tapılmır. Sürücülər formalarının olmadığını müxtəlif bəhanələrlə izah edirlər.
Daşıyıcı şirkətlər bildirirlər ki, sürücülərin vahid forma geyinməməsinin səbəbi indi şirkətlər qarşısında bununla bağlı konkret tələbin qoyulmamasıdır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, avtobus sürücülərinin vahid geyimə keçmə məsələsi hazırda agntliyi narahat edən ən asas məsələlərdən biridir. Həm bu həm də bu kimi digər məsələlərin həlli ilə bağlı qurum tərəfindən təkliflər planı hazırlaNara nazirlər kabinetinə göndərilib. bu tələblər təsdiq ediləndən sonra avtobus sürücülərinin vah,d formaya keçidi tam təmin ediləcək.









Redaktorun seçimi