Sosial şəbəkələrdə yeni tendensiya: - Belə videolar necə təsir göstərir? - VİDEO

Hit: 482
Sosial şəbəkələrdə yeni tendensiya: - Belə videolar necə təsir göstərir? - VİDEO

Görünməyən varlıqlar, qanla dolu dəhşətverici kadrlar və ya qorxulu məxluqatlar.

Faktor.az xezerxeber.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə son vaxtlar belə görüntülər tez tez paylaşılır.

Psixoloq Sona Quliyeva qeyd edir ki, belə görüntünün paylaşılması artıq həmin istifadəçidə müəyyən psixoloji problemlərdən xəbər verir. Üstəlik belə görüntüləri paylaşmaqla həmin şəxslər qarşısındakına da pis təsir göstərmiş olur.

Psixoloq qeyd edir ki, xüsusilə 9-12 yaş arası uşaqlar arasında belə videolardan qorxaraq sarsıntı keçirmə halları çox olur. Görüntülərin arasında mistik videolar, ruhlar və ya görünməz varlıqların təzahürü daha çox yer tutur. İlahiyyatçı isə bu halların dini dəyərlərin yanlış istiqamətləndirilməsi kimi dəyərləndirir.

Başqa sözlə belə görüntülər insanlara mənfi psixoloji təsir etməklə yanaşı, dini dəyərləri də yanlış aşılayır.









Redaktorun seçimi