Soğan doğrayanda gözlər niyə yaşarır?

Hit: 575
Soğan doğrayanda gözlər niyə yaşarır?

Soğanı doğradığınız vaxt onun hüceyrələrini də kəsirik. Bu vəziyyətdə soğan hüceyrələrinin içində olan fermentlər də azad olur. Bu maddələrdən biri olan allinaz (Allium - soğanın latınca adı), daha sonra hüceyrələrin kəsilməsi ilə buraxılan "Prensco" deyə tanınan sulfidli birləşmələrlə reaksiyaya girir. Bəs soğan doğrayanda gözlər niyə yaşarır?

Faktor.az deyerler.org-a istinadən bildirir ki, bu reaksiya propenilsülfirik turşunun yaranması ilə nəticələnir və bu daha sonra LF-sintez fermenti ilə propanethial s-oksid qazına çevrilir.

Bu qaz, həmçinin LF-sintez ferment (Lachrymatory Factor sintez ferment), yəni orijinal adıyla ağlama faktoru olaraq tanınır. Bu qazın su ilə reaksiyaya girməsilə sülfirik turşusu yaranır.

Bu vəziyyət gözlərdə baş verəndə turşunun neytrallaşdırılması üçün gözlərdə yaşarma baş verir. Soğan fəsiləsindən olan sarımsaq və təzə yaşıl soğan da kəsiləndə sülfirik turşusu əmələ gətirir, amma ağlama təsiri formalaşdırmır, çünki daha az miqdarda LF-sintez fermenti ortaya çıxır.

Bəs soğan doğrayanda gözlərin yaşarmaması üçün nə etməliyik?

1-ci üsul: Soğanı kəsmədən yarım saat əvvəl soyuducuya qoyun. Bu üsul soğanın tərkibindəki reaksiyanı dəyişdirdiyi üçün gözlərin yaşarması təsirini də minimuma endirir.

2-ci üsul: Soğanı doğrayanda çox sürətlə davranın. Qaz gözünüzlə təmas etmədən doğrama işini yekunlaşdırın.

3-cü üsul: Ağzınıza bir parça çörək alın. Beləliklə gözyandırıcı fermentləri bu çörək içinə çəkə bilər.

4-cü üsul: Soğan doğrayanda saqqız çeynəyin. Beləliklə, ağzınızdan nəfəs aldığınız üçün gözləriniz də yanmaz.
 
5-ci üsul: Soğanı axan suyun altında doğrayın.









Redaktorun seçimi