Xocalı faciəsini unutdurmayan “Torpaq Qan Ağlayır” kitabının müəllifləri - DANIŞDI

Hit: 1131
Xocalı faciəsini unutdurmayan “Torpaq Qan Ağlayır” kitabının müəllifləri - DANIŞDI

Xocalı faciəsinin 25-ci ildönümü ərəfəsində Azərbaycan dövləti adına geniş kampaniya aparıldığı faktiki olaraq hiss olunandır. Biz də bu prosesdə müstəsna rolu olan iki soydaşımızı qələm əhli olan, həmkarımız Yusif Məhəmmədoğlunu və milli vətənpərvərlik ruhunda yazılmış 3 kitabın müəllifi olan Elxan Yaqubovu danışdırmaq qərarına gəldir.

Seçimimiz heç də təsadüfi deyil. Belə ki, 2014ci ildə Yusif Məhəmmədoğlu və Elxan Yaqubovun "Torpaq qan ağlayır” kitabı işıq üzü görmüşdü. Xocalı faciəsinin dünyaya tanıdılmasında ciddi rol oynaya biləcək bu kitabın müəlliflərinə ilk sualımız belə oldu: "Kitabın yazılma səbəbi haqqında fikirlərinizi bilmək yerinə düşərdi?”

- ( Yusif Məhəmmədoğlu) - Neçə illərdir ki, jurnalist kimi Qarabağ mövzusunda və Xocalı faciəsindən yazıram. Nə vaxtsa kitab haqqında düşünmüşdümsə də yazmamışdım. Elxan müəllimin təklifi ürəyimcə oldu. Həm Elxan müəllimin yazsıqlarını həm də mənim yazdıqlarımı və eyni zamanda araşdırmalarımızı kitab halına saldıq. Çox şükür ki, istədiyimizi reallaşdıra bildik. Kitabın çapını və digər lazımlı xərclərini Elxan müəlllim öz üzərinə götürdü. Və bələcə Xocalı Soyqrımına həsr olunmuş "Torpaq Qan Ağlayır” kitabımız işiq üzü gördü
 
- (Elxan Yaqubov) - Mənim bundan qabaq da tariximizlə bağlı kitabım çıxıb. Xocalı hər birimizon ağrılı yeridir. Hər birimizin ağır dərdidir. Çoxdan düşünürdüm ki, Xocalı haqqında kitab nəşr etdirim. Yusif müəllimin yaradıcılığına bələd olduğum üçün Yusif müəllimlə fikirlərimi bölüşdüm. Sağ olsun ki, etiraz eləmədi. Və kitabın çapa qədərki bir çox işlərini boynuna götürdü. Mənim də yazılarımı, özünün də yazılarını və birgə araşdırmalarımızı toplayıb kitab halına saldıq.
 
Çap xərclərini də həll edəndən sonra kitabı oxucuların ixtiyarına buraxdıq.
 
Sual:- kitabın ölkədən kənarda yayılması nəzərdə tutulubmu?
 
( Yusif Məhəmmədoğlu) - Kitabımız Türkiyə, Rusiya, Gürcüstan, Almaniya və sair ölkələrdə keçirilən tədbirlərə paylanılıb.
 
 (Elxan Yaqubov) - Mən özüm işimlə əlaqədər bir çpx ölkələrdə olmuşam. Hər dəfə də özümlə getdiyim ölkələrdə və iştirak elədiyim tədbirlətə bu kitabdan aparıram və təbliğinə çalışıram.
 
- Kitabın başqa dillərə tərcüməsi nəzərdə tutulubmu?
 
-( Yusif Məhəmmədoğlu) - Bu haqda çox düşünmüşük. Açma hal hazırda əlimizdə elə bir vəsait yoxdur ki, bunu edək.
 
( Elxan Yaqubov) - Düşünürük. Yəqin ki, gələcəkdə onlar da olacaq..
 
 








Redaktorun seçimi