Azərbaycanın ən yaşlı sakini: 27 nəvə, 46 nəticə və 8 kötücəsi var - VİDEO - FOTOLAR

Hit: 1309
Azərbaycanın ən yaşlı sakini: 27 nəvə, 46 nəticə və 8 kötücəsi var - VİDEO - FOTOLAR

Ölkənin ən yaşlı sakini olan Vəsimə Abbasova, Lənkəranın Gərmətük qəsəbəsində yaşayır.

Faktor.az
ARB TV-yə istinadən xəbər verir ki, Vəsimə nənənin sənətdə 106 yaşı olduğu qeyd olunsa da, Fiziologiya institutu tam dəqiqləşdirilmiş məlumatı açıqlayıb və onun 104 yaşında olduğu müəyyənləşib.

Yaşına baxmayaraq Vəsimə nənə özünü gümrah hiss edir, hətda ev işlərini də özü görür. 7 övladı, 27 nəvəsi, 46 nəticəsi və 8 kötücəsi olan Vəsimə nənə, nəsilin uzunömürlü olan tək üzvü deyil.

Vəsimə Abbasova (104 yaş): “Mənim anam 111 yaş yaşayıb. Bacım 91 yaş”.

Vəsimə nənə qədər yaşları olmasa da, ətraf kəndlərdə də xeyli sayda uzunömürlü insan yaşayır. Lənkəranda uzunömürlülərin, yəni yaşı 90-nı keçənlərin ümumi sayı 107 nəfərdir. Onlardan biri olan Gərmətük qəsəbə sakini Kafiyə Babayevanın isə 96 yaşı var.

Kafiyə Babayeva (96 yaş): “15 yaşında dədəmin evində işləmişəm. Kartof əkmişik, pamidor əkmişik. 70 yaşa qədər işləmişəm. Bir də ki, mən quru xörək yeyə bilmirəm. Ancaq sulu xörək yaxşıdır mənimçün”.

Kafiyə nənə indi də təsərrüfat işləri ilə məşğul olur. Hətda təndirdə çörək bişirdiyini də bildirib.

1
1
1
1








Redaktorun seçimi