Metronun "Xətai" və "Cəfər Cabbarlı" stansiyaları bağlanır
Bakı Metropoliteni "Cəfər Cabbarlı" stansiyasından "Xətai" stansiyası istiqamətində hərəkət edəcək sərnişinlərin nəzərinə çatdırır ki, sabah - fevralın 26-da metronun "Xətai" stansiyası saat 12:00-a qədər bağlı olacaq.
Milli.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, "Xətai" stansiyasına giriş saat 12:00-dan etibarən açılacaq, 15:00-dan etibarən "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları normal qrafiklə fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, fevrralın 26-da Azərbaycanda Xocalı soyqırımı faciəsinin 25-ci ildönümü qeyd edilir. Bununla bağlı Bakıda əsas tədbir "Ana harayı" Xocalı soyqırımı abidəsinin qarşısında olacaq. Bu abidə isə metronun məhz "Xətai" stansiyasının düz önündə yerləşir.