Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Hit: 587
Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° isti, gündüz 10-15° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

Xəbərdarlıq

Fevralın 26-sı gündüzdən 27-si səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlıq

Fevralın 26-dan 27-dək Abşeron yarımadasında meteoroloji amillərin qısa müddətdə təzadlı tərəddüdü və gündüz güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Xəbərdarlıq

Küləkli hava şəraiti fevralın 27-si səhərədək davam edəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Faktor.az









Redaktorun seçimi