ADAU-da Xocalı faciəsinin ildönümü qeyd edilib - FOTOLAR

Hit: 1009
ADAU-da Xocalı faciəsinin ildönümü qeyd edilib - FOTOLAR
25 ildir hər bir azərbaycanlı, Azərbaycanı sevən insanlar Xocalıda baş verən dəhşətli qırğınlardan danışır. Bu illər ərzində əllərdə Azərbaycan bayrağı, qulaqlarda xocalılıların fəryadı müxtəlif ölkələrdə, beynəlxalq qurumlarda baş verən qırğına ədalət istənilir. Haqlı davamıza dayaq çıxanlar axtarılır. Bu işləri görmək təbii olaraq millət kimi, insan kimi bizim borcumuzdur. Əslində Xocalı bir millətin deyil, insanlığın faciəsidir. Xocalıda törədilənlər Allaha qarşı çıxmaqdır. Artıq qisas, intiqam vaxtıdır. İnsanlar yalnız danışıqlarla kifayətlənməməli, dövlətimizin ətrafında yumruq kimi birləşərək erməni faşizminin və terrorunun kökünü kəsmək üçün fəaliyyət göstərməlidirlər.
 
ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə təhsil müəssisəsində keçirilən anım mərasimində bu fikirlər xüsusi vurğulanıb. Əvvəlcə Xocalı soyqırımına məruz qalanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov kütləvi qırğının baş vermə səbəblərindən, Xocalının o dövrdə tamamilə başsız qalmasından, bu faciəyə, eləcə də Dağlıq Qarabağ məsələsinə dünya birliyinin ikili münasibətindən danışıb və deyib ki, Xocalı 20-ci əsrin ən dəhşətli qırğınıdır. İndi güclü ordumuz var. Təbii ki, son sözü də Azərbaycan əsgəri deyəcək, törədilən qırğının mütləq qisası alınacaqdır. Aprel döyüşləri bir daha sübut elədi ki, tökülən qanlar yerdə qalmayacaq, ölkənin ərazi bütövlüyü tam təmin ediləcəkdir.
 
Əslən Xocalıdan olan tələbə Nüranə Məhərrəmova, Toğrul Məmmədov, müəllimə Sevda Abdullayeva Xocalı ilə bağlı fikirlərini səsləndirib, tarixi faktlara aydınlıq gətiriblər. Təqdim olunan videoçarxda isə Xocalının dünya birliyinə tanıdılması işləri əksini tapıb, faciənin ürək göynədən görüntüləri yayımlanıb.
 
Tədbirin sonunda iştirakçılara universitetin tələbələrinin hazırladığı “Xocalı bir millətin deyil, insanlığın faciəsidir” adlı kompozisiya təqdim edilib. Ürəyi Vətən eşqi ilə döyünən tələbələrin hazırladığı bu kompozisiya bir anlıq hamını dəhşətli Xocalı gecəsinə qaytarıb. Səslən hər bir şer qisasa bir çağırış kimi yaddaşlara yazılıb.
 

 

1
1
1
1








Redaktorun seçimi