Ağdamda 2 ədəd partlamış hərbi sursat aşkar edilib - FOTOLAR

Hit: 505
Ağdamda 2 ədəd partlamış hərbi sursat aşkar edilib - FOTOLAR

Ağdam rayonu Mirəşirli kəndində kənd sakini tərəfindən aşkar olunmuş 2 ədəd partlamış hərbi sursat edilib.

Faktor.az bildirir ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, partlamış hərbi sursatlara (PQ-7 raketinin mühərriki) baxış keçirilib, qalıqları götürülüb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 23 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 61 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 962 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 3 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 477 553 kv.m ərazi (232 703 kv.m ərazi əl ilə, 109 300 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı ilə və 22 550 kv.m ərazi isə minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

1
1








Redaktorun seçimi