"Qərbinfo.az" saytının təqdimatı keçirildi - FOTOLAR

Hit: 1851
"Qərbinfo.az" saytının təqdimatı keçirildi - FOTOLAR

Şəmkirin Heydər Əliyev Mərkəzində “Qərbinfo.az” xəbər portalının təqdimatı keçirilib.

Əvvəlcə, Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbriklər söylənilib. 

Faktor.az-ın məlumatına görə, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, sosial media nümayəndələri, "Gənc Həkimlər", "Gənc Müəllimlər" və "Gənc Tərbiyəçilər Birliyi"nin üzvləri iştirak edib.

Çıxışçılar Ölkənin ictimai-siyasi həyatında regionun çəkisinin artması, reional idarə strukturlarının fəaliyyəti ilə bağlı  informasiyaların daha çevik, operativ formada, sosial media prinsiplərinə əsaslanaraq ictimaiyyətə çatdırılması üçün belə bir saytın təsis edildiyini qeyd ediblər.

Eyni zamanda “Qərbinfo.az” xəbər portalında “Şəmkir TV” və “Şəmkir FM” internet radosunun olması bir yenilik kimi qiymətləndirilib və redaksiyanın gələcək fəaliyyətinə uğurlar arzulayıblar.

Faktor.az 

1
1
1
1
1
1
1








Redaktorun seçimi