Kredit borcu tam ödənilib, bank isə müştərilərdən əlavə pul tələb edir - VİDEO

Hit: 504
Kredit borcu tam ödənilib, bank isə müştərilərdən əlavə pul tələb edir - VİDEO

Kredit borcunu bağlayaraq çeklərini alıblar, amma üstündən 1 il keçdikdən sonra borclarının olduğu bildirilib.

Bir bankın Salyan və Saatlı filialları ABŞ dolları ilə aldıqları kreditləri tam ödəmiş Saatlı, Sabirabad və Salyandan olan müştərilərinə yenidən mesajlar göndərib. 

Sabirabaddan olan müştəri deyir ki, 2015-ci ildə aldığı 1450 dollar borcunu bir müddət sonra tam ödəyib, çeklərini də alıb. 

Eyni vaxtda bankın Saatlıdan olan müştərisinə də oxşar məzmunlu mesajla bildiriblər ki, onun banka 771 dollar borcu var. Halbuki, həmin şəxs də borcunu neçə ay əvvəl bağlayıb. 

Sakinlərə gələn bu borc mesajlarından sonra onlar yenidən bankın rəhbərliyinə müraciət ediblər. Lakin onlara hansı tarixdə nə qədər borclarının olduğu barədə sənədlər təqdim olunmayıb. 

Hüquqşünaslar isə bildirirlər ki, bankın vətəndaşa borcunun olması haqqında SMS göndərməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Əgər bank borcun olmasını iddia edirsə, onda vətəndaşın evinə rəsmi məktub göndərməlidir. Orada borcun məbləği və hansı əsasla yaranması öz əksini tapmalıdır. Bundan əlavə, əgər müştəri borcunu bağlayıb bankdan yekun sənəd alıbsa, hansısa borcun yaranması mümkün deyil. Ancaq istənilən halda məsələyə məhkəmə qaydasında nöqtə qoyula bilər.

Faktor.az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.









Redaktorun seçimi