Sərnişinlərin nəzərinə - VİDEO

Hit: 516
Sərnişinlərin nəzərinə - VİDEO

Bakıda sərnişinlərə xidmət göstərən bütün sərnişin avtobuslarında GPS sistemi quraşdırılıb.

Faktor.az xezerxeber.az-a istinadən bildirir ki, yeni sistemin sayəsində paytaxtda hərəkət edən bütün sərnişin avtobuslarına tam nəzarət etmək mümkün olacaq. Yeni sistemlə birlik də dayanacaqlara quraşdırılan avtobus məlumat terminalları da işə salınıb.

Sürücülərin dediyinə görə, yeni sistem onların da işinə müsbət təsir edib.

Yeni sistem vasitəsi ilə sürət həddini aşan, intervala əməl etməyən sürücülər asanlıqla müəyyən ediləcək. Bununla da avtobusların iştirakı ilə baş verən qəzaların sayının azalmasına gözlənilir.

Agentliyin şöbə müdiri Mais Ağayevin sözlərinə görə, heç bir sürücü və ya sahibkar avtobuslara quraşdırılmış GPS sisteminə kənardan müdaxilə edə bilməyəcəklər.









Redaktorun seçimi