Günün qoroskopu: yeni, böyük işə başlamayın

Hit: 771
Günün qoroskopu: yeni, böyük işə başlamayın

Faktor.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - cari işləri qaydaya salın. Qarşıda sizi yeniliklər və xəbərlər gözləyir. Ünsiyyət çərçivəsini məhdudlaşdırın, planlaşdırma ilə məşğul olun.

Buğa - analitik iş üçün əlverişli gündür. Uzunmüddətli layihənin hazırlanmasına başlayın. Amma vəd və söz verməyin, nəyəsə boyun olmayın, bədxərclik etməyin.

Əkizlər - ünsiyyətə və danışıqlara meyl yaradan pozitiv potensiallı gündür. Gərəkli məlumatı əldə etmək, məsləhət almaq, sizi maraqlandıran məsələyə çözüm tapmaq mümkündür. Romantik münasibətlər əlavə impuls alacaq.

Xərçəng - etiraf, açıq söhbət, gələcəklə bağlı planların müzakirəsi üçün əlverişli şərait yaranacaq. Hadisələrin zahiri yüngül axarına aldanaraq daha önəmli hadisələrin ərəfəsində olduğunuzu bilin. Bədxah və ya rəqibinizin nə etdiyindən xəbəriniz varmı?

Şir - ailə və evin maraqlarını hər şeydən üstün tutun, sevdiklərinizə maksimum qayğı göstərin. İşlərin düzgün təşkil olunması və qayda indi vacibdir.

Qız - yaşamda rəvanlıqla tarazlığı saxlayaraq hadisələrin inkişafına təsir etmək istəyirsinizsə, yaşananların tempinə uyğunlaşmalısınız. Tərəfdaş və ya iş yoldaşınızın aktivliyi, ambisiyaları və qətiyyəti ümumi işə xeyir verəcək, sizi məqsədə doğru dinamik və maraqlı hərəkətə cəlb edəcək.

Tərəzi - ideyalarınız imkanların spektrini genişləndirərək cari məsələlərlə bağlı gözlənilən mesajı verə bilər. Təmaslarda azadlıq, asudəlik, həzz alma imkanı yaranacaq. Bilik və bacarıqlarınızı artırın. Səfər və gəzinti üçün uğurlu gündür.

Əqrəb - təmkinli olun, hər xırda məqama görə əsəbləşməyin, tapşırıq və tələblərə üsyan etməyin. Bu gün hətta neqativ təcrübədən də fayda əldə etmək olar.

Oxatan - romantik istirahət və ya tərifə bel bağlamayın. Axşam saatlarında gözlənilməyən çətinliklər, problemlər yarana bilər.

Oğlaq - işgüzar görüş, danışıq və məsləhətləşmə üçün əlverişli gündür. Əks cinsin mənsubu sizə yardım və ya hamilik edə bilər. Ötənlərdə başladığınız iş bu gün nəticə verə bilər. Nəticə mükafat, ödəniş, pul ola bilər. Hər şeyə rəğmən, gün yaxşı deyil.

Dolça - dinamik, fəal gündür. Hər yerdə bütün işləri bitirməyi ağlınıza belə, gətirməyin. Qüvvə və səylərinizi əsas işə sərf edin. İşdə qətiyyət və inad məqsədə doğru irəliləməyə yardım edəcək.

Balıqlar - yeni, böyük işə başlamayın, bahalı əşyaya və ya tədbirə pul xərcləməyin. Əks halda peşman olacaq, nəyisə dəyişmək ehtiyacı ilə qarşılaşacaqsınız.

Milli.Az









Redaktorun seçimi