Donald Trampa Azərbaycandan bu hədiyyə göndərildi - FOTO

Hit: 1433
Donald Trampa Azərbaycandan bu hədiyyə göndərildi - FOTO

Azərbaycanlı xalçaçı Dağlar Səfərov ABŞ-ın yeni seçilmiş 45-ci prezidenti Donald Trampın xalça üzərində portretini hazırlayıb.

Uzun illər xalçaçılıq sənəti ilə məşğul olan Dağlar Səfərov öz hədiyyəsi ilə birləşmiş ştatların yeni prezidentini təəccübləndirib. Donald Trampın üzərində təsviri olan Azərbaycan xalçasından ABŞ-ın dünyada tanınmış nəşrləri də yazıblar. Xalçanın özü qədər onun necə ərsəyə gəlməsi tarixçəsi də maraqlıdır.

Xalça ustası Dağlar Səfərov Amerika prezidentini üzərində onun təsviri olan Azərbaycan xalçası ilə təbrik edib. Dağlar Səfərov deyir ki, o hələ son seçkilərdən qabaq Trampın prezident seçiləcəyini hiss etmişdi. Buna görə də hələ o vaxtdan bu qeyri-adi xalçanın toxunmasına başlayıb. Qeyri-adi sənət əsəri məhz bu sexdə hazırlanıb.

Dağlar Səfərovun fikrincə, xalçanın ABŞ-ın yeni prezidentinə göndərilməsi yeni dönəmdə Azərbaycana uğur gətirə bilər.

Sənətkar Donald Trampın tez-tez Azərbaycan xalçasına baxaraq Odlar Yurdunu xatırlaması üçün sənət əsərinin üzərində xüsusi işarələr də qoyub.

Dağlar Səfərov indiyədək bir çox prezidentlərin şəklini xalça üzərində təsvir edib. Bəzən həmin dövlət başçılarının xüsusi dəvəti ilə onlarla görüşdüyünü bildirən sənətkar bu ənənəni indidən sonra da davam etdirmək niyyətində olduğunu deyir.









Redaktorun seçimi