Qarabağ əlili torpağa tapşırıldı - Son sözü “Mən Şuşanı görməyəcəm” idi...

Hit: 554
Qarabağ əlili torpağa tapşırıldı - Son sözü “Mən Şuşanı görməyəcəm” idi...

Dünən vəfat edən Qarabağ əlili Yaşar Məhərrəmov bu gün torpağa tapşırılıb. O, Pirşağı qəsəbəsindəki Şuşa qəbiristanlığında dəfn edilib.

Faktor.az qaziler.az saytına istinadən xəbər verir ki, Y. Məhərrəmov dostları ilə kafedə çay içərkən qəflətən ürəyindən kəskin ağrılar başlayıb. Son sözləri isə “deyəsən, mən Şuşanı görməyəcəm!” olub. Və dünyasını dəyişib!

O, Şuşa Veteranlar Cəmiyyətinin sədri idi. Mərhum 3 uşaq atası idi.









Redaktorun seçimi