ATV Lavrovu yıxıb-sürüdü: "O ermənilər kimi sərsəm danışdı" - VİDEO

Hit: 837
ATV Lavrovu yıxıb-sürüdü: "O ermənilər kimi sərsəm danışdı" - VİDEO
ATV-də yayımlanan "Həftə sonu" verilişində Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov kəskin tənqid edilib.
 
Faktor.az AZXEBER.COM-a istinadən xəbər verir ki, "İmperiya nostaljisi, imperialist bəyanat" adlanan süjetdə Rusiya haqda tənqidi fikirlər səslənib. Qeyd olunub ki, Lavrov özünü Rusiyanın deyil, Ermənistanın xarici işlər naziri kimi aparıb və o bu cür sərsəm bəyanat verməli deyildi.
 
Eyni zamanda telekanal azərbaycanlı jurnalistin də sualının haqlı və məntiqli olduğunu vurğulayıb.
 
Süjetdə həmçinin Azərbaycanın xarici işlər nazirliyinin cavabı da birmənalı qarşılanmayıb. Aparıcı Vaqif Aydınoğlu qeyd edib ki, XİN-in Rusiyaya verdiyi cavab cavabdan çox, reaksiyaya oxşayıb. 
 
ATV əməkdaı Ülviyyə Zülfüqarın hazırladığı həmin süjeti təqdim edirik:








Redaktorun seçimi