Cinsi azlıqlar ən çox hansı ölkələrdə yaşayırlar ? - FOTOLAR

Hit: 1500
Cinsi azlıqlar ən çox hansı ölkələrdə yaşayırlar ? - FOTOLAR

Yaxın Şərqdə, Afrikada daşqalaq edildikləri halda, Avropa və Amerikada onlar üçün yeni qanunlar qəbul edilir, təzə imkanlar yaradılır

Uzun illər boyu kölgədə qalmış geylər, lesbiyanlar, biseksuallar, transeksuallar və digər cinsi azlıqlar bu gün qabaqcıl Qərb ölkələrində az qala gücə çevirilirlər.

Yaxın Şərqdə, Afrikada qeyri-ənənəvi cinsi orientasiya nümayəndələrini daşqalaq etdikləri, odda yandırdıqları halda Avropa və Amerikada onların hüquqlarının qorunması üçün yeni-yeni qanunlar qəbul edilir.

Halbuki, homoseksualizm bir təzahür kimi qədim zamanlardan məlumdur. Hələ antik yunan tarixçisi öz “Müqayisəli Tərcümeyi hallar” tarixi əsərində Makedoniyalı İsgəndərin erkək qullaraına qarşı meyllərindən açıq şəkildə yazıb.

Yaxud erkən orta əsrlərdə İran poeziyasının ən önəmli nümunələrindən sayılan Sədi Şirazinin “Gülüstan” əsərində homoseksual əlaqələr və hətta pedofiliya hallarının təsvirinə rast gəlmək olar.

İncəsənətə damğasını vuran tanınmış ixtiraçı və rəssam Leonardo Da Vinci, məşhur ingilis yazıçısı Oskar Uayld və tanınmış rus bəstəkarı Pyotr Çaykovskinin də homoseksual meylləri tarixi mənbələrdə şübhəsiz həqiqət kimi təqdim olunur. 

Qeyri-rəsmi şəkildə mövcud olan bu kimi hallar qloballaşan dünyamızda üzə çıxıb və insan hüquq-azadlıqları ilə sıx şəkildə əlaqələndirilir. Bu mənada müasir LGBT (Lesbiyan, Gey, Biseksual və Transgender) hərəkatında əsas avanqard rolunu Qərb ölkələri oynayır.

İri şəhərlərdə homoseksuallar üçün ayrıca məhəllələr, mehmanxanalar və s. iaşə obyektləri xidmət göstərir. Onlara qarşı törədilən cinayətlər isə Qərb ölkələrinin cinayət məcəllələrində ağırlaşdırıcı hal kimi uzunmüddətli həbslə nəticələnən “nifrət zəmində cinayət” kateqoriyasına daxil edilib.

 Eynicinsli insanların nikahlarının rəsmləşdirildiyi ölkələr

Eynicinsli insanların nikahlarının rəsmləşdirildiyi ölkələrdə artıq gey və lesbiyan cütlüklərin uşaqları övladlığa götürə bilməsi üçün də hüquqi sənədlər hazırlanır.

Xatırladaq ki, 15 ölkə - Argentina, Braziliya, Uruqvay, Kanada, Yeni Zellandiya, Cənubi Afrika Respublikası, Norveç, Hollandiya, İslandiya, İspaniya, Fransa, İsveç, Portuqaliya, Danimarka və Belçika ümummilli səviyyədə eynicinsli nikahları rəsmləşdirib.

Siyahıdakı ölkələrə diqqət etsək, onların yüksək həyat səviyyəsinə malik ölkələr sayıldığını görə bilərik. Amma Afrika kontinentinin yeganə inkişaf etmiş ölkəsi Cənubi Afrika Respublikasında, Fransa və İspaniya kimi ölkələrdə ənənəvi mühafizəkar dini normaların, daxili müxalifətin daim homoseksualizmə etiraz etdiyi zaman-zaman üzə çıxır.

Əhalisinin önəmli hissəsini mühafizəkar katoliklərin və müsəlmanların təşkil etdiyi Fransada homoseksualizmə qarşı xalq etirazlarını buna misal çəkmək olar.

2013-cü il mayın 28-də eynicinsli nikahların ənənəvi nikahlarla rəsmi şəkildə bərabər tutulması barədə qanun qəbul olunan zaman buna etiraz edən yarım milyondan artıq insan paytaxt Parisin küçələrini doldurmuşdu. Lakin insan hüquq və azadlıqülarının daim diqqətdə saxlanıldığı Avropa demokratiyasının mərkəzi hələ Böyük Fransa İnqilabı zamanı respublikanın əsasını təşkil edən “azadlıq, bərabərlik, qardaşlıq” prinsipini homoseksuallara da aid etdi.

ABŞ, Meksika, Böyük Britaniya eynicinsli nikahları qismən tanıyır və get-gedə bu sahədə yeni liberal qanunlar qəbul edirlər. Bir çox digər Avropa və Cənubi Amerika ölkələrində, həmçinin İsraildə eynicinsli və vətəndaş nikahları eyni statuslara malikdir. Yəni, bu ölkələrdə qanun de-fakto qeyri-ənənvi evliliklərə maneə yaratmır və əksinə, onların statuslarını ənənəvi kişi-qadın niKahları ilə eyniləşdirir.

LGBT (Lesbian, Gey, Biseksual, Transgender) hüquq və azadlıqlarının cəmiyyətə yeridilməsində və LGBT hərəkatlarının təşkilatlanmasında əsas meydan rolunu hələ də gey-natural polemikalarının səngimək bilmədiyi konservativ Amerika Birləşmiş Ştatlatı oynayır. Qərb ölkələri arasında qatı dindarlığı və çox mühafizəkar olması ilə seçilən Amerika hətta buna görə “Qərbin İranı” da adlanır. 



Amerikada onlar üçün ən əlverişil ştat Kaliforniyadır

Yuxarıda qeyd olunduğu kimi, bütün ölkə boyu eynicinsli nikahların rəsmləşdirilmədiyi ABŞ-da LGBT-yə müxalif olan qüvvələr həddən artıq çoxdur. Daxili qanunvericiliyi müəyyən etməkdə liberal olan 26 ştat çox böyük çətinliklə, uzunmüddətli hüquqi savaşdan sonra Federal Məhkəmə və yerli Ali Məhkəmələrin qərarı ilə eynicinsli nikahları leqallaşdırmaq hüquq qazana biliblər. Amma maraqlıdır ki, 28 ştatda qanunverici səviyyədə belə nikahlar qadağan olunub.

Amerikada gey-lesbiyan icması üçün ən əlverişli və liberal ştat Kaliforniya hesab olunur. Xüsusən Kaliforniyanın San-Fransisko şəhəri LGBT üçün tarixi mərkəz rolunu oynayır. 815 min əhalisi olan şəhərin 15,4%-i cinsi azlıqların nümayəndələri hesab olunur. Yay aylarında keçirilən ənənəvi paradlar zamanı şəhərə 500 minə qədər gey-lesbiyan toplaşır.

Xüsusən, San-Fransiskonun mərkəzində yerləşən Kastro məhəlləsi ümumuilkdə dünya LGBT tarixi üçün önəmli rol oynayır.

Hazırda 15 min sakinin hamısının gey olduğu Kastro məhəlləsində ilk homoseksual siyasətçi Harvi Milk yaşamış, ilk LGBT kinofestivalı və cinsi azlıqların dünya üzrə əsas simvolları olan “Göy Qurşağı” da məhz burada ilk dəfə tərtib edilmişdi.

Ümumiyyətlə, homoseksualların hetereoseksuallardan (ənənəvi cinsi orientasiya) daha çox pul xərclədiyini nəzərə alan bir çox ölkələr geylər üçün məxsusi mehmanxalanlar, gecə klubları, çimərliklər və s. xidmətlər yaradır və onları turist qismində ölkələrinə cəlb edirlər.

Bununla yanaşı, dünyanın 50-dən artıq ölkəsində hər il ənənəvi gey-paradlar keçirilir. San-Fransiskodan əlavə, geyləri özünə cəlb etməyi bacaran başqa şəhərlərin adını da çəkmək olar.

Məsələn, Avstraliyanın Sidney şəhəri...  4,8 milyonluq şəhərdə hər il bir neçə həftə davam edən Sidney Mardi Gras festivalı keçirilir. Geylərin təşkil etdiyi bu festivalda bir çox məşhurlar və siyasi xadimlər də aktiv iştirak edirlər. Festival milyonlarla gey turisti özünə cəlb edə bilir.

Amsterdam-gey paytaxtı statusunu itirir

Dünyada ilk dəfə 2001-ci ildə eynicinsli nikahları leqallaşdıran Hollandiyanın paytaxtı Amsterdam “qoca qitə”nin gey paytaxtı statusunu sürətlə itirir. Səbəb Barselona və Berlinlə gey turistləri cəlb etmək uğrunda rəqabətin yaşanmasıdır.

Buna baxmayaraq şəhərin su kanalları martşrutlarını birləşdirən illik Amsredam Pride su festivalı şəhərə 350-550 min nəfərə qədər turist cəlb edə bilir.

Amsterdamda 50-dən artıq “gey frendli” (homoseksuallara rəğbətlə yanaşan) mehmanxanalar, barlar, klublar və abidələr mövcuddur.

Berlin də geylər üçün münasib şəhərdir

Almaniyanın paytaxtı Berlin şəhəri də geylər üçün münasib şərait yaradıb. Şəhərin Şeneberq rayonu artıq uzun illərdir ki, gey icmasının əsas mərkəzinə çevrilib. Buarada keçirilən Christopher Street Day gey paradı ötən il 700 mindən artıq iştirakçı cəlb edə bilmişdi.

Bundan əlavə, Berlində homoseksuallara həsr olunmuş ilk muzey “Schwules” və “Nasizm qurbanları olan homoseksualların memorial abidəsi” fəaliyyət göstərir.

Ümumiyyətlə, Almaniyada Üçüncü Reyx dönəmində ölüm düşərgələrinə 50 mindən artıq homoseksual göndərilmişdi. Onların xatirəsi LGBT təşkilatları tərəfindən tez-tez yad olunur.

Amsterdamın digər Avropa rəqibi Barselona da geylərin yaşayışı və fəaliyyəti üçün münasib şərait yaradıb.

Şəhərin Eşample məhəlləsində hələ 1960-cı illərdə diktator Frankonun zamanlarında gey icma formalaşıb və getdikcə genişlənib. Eşampledə tez-tez xeyriyyə tədbirləri, gey paradlar və müxtəlif festivallar keçirilir.

Barselonanın yaxınlığında yerləşən Sijes sahil şəhəri isə kurort kimi get-gedə daha çox gey turist cəlb edir. Eşampldə fəaliyyət göstərən Complices kitab mağazası Avropada geylər üçün ən böyük kitab mağazası sayılır.   

Geylər hər ili Yunanıstana 100 milyonlarla xeyir gətirir

Yunanıstanın Egey adalarından olan Mikonos da geylər üçün münasibt şəratin yaradıldığı bölgələrdən hesab olunur. Dünya geylərinin əsas kuror paytaxtı olan Mikonos Yunansıtan hökümətinə ildə yüz minloynlarla avro gəlir gətirir. Adada həçminin nudits gey çimərliyi olan Super Paradise də yerləşir. 

San-Fransiskodan sonra Amerikanın əsas gey mərkəzi Nyu-York şəhəri sayılır. Şəhərdə özünü cinsi azlıqlara aid edənlərin sayı 300 min nəfərdir ki, bu da şəhər əhalisinin 5%-i deməkdir. Şəhərdə eynicinsli nikahlara daxil olmaq leqal sayılır və geylərə xidmətdə ixtisaslaşan yüzlərlə iaşə obyekti ilə zəngindir.

Şəhərin Qrinç-Villic səmtində yerləşən Stounvil gecə klubu 2000-ci ildə Amerikanın Milli Abidəsi elan olundu və hər il yüz minlərə geyləri özünə cəlb etməkdə davam edir.

Amerikada cinsi azlıqların mütləq sayına görə ən böyük şəhərlərin siyahısı:

Nyu-York-272 min 493 nəfər, yaxud şəhər əhalisinin 6%
Los Anceles-154 min 270 nəfər, yaxud 5,6%
Çikaqo-114 min 449 nəfər, yaxud 5,7%
San Fransisko  94 min 234 nəfər, yaxud 15,4%
Feniks 63 min 22 nəfər, yaxud 6,4%
Hyuston 61 min 976 nəfər, yaxud 4,4%
San-Dieqo 61 min 945 nəfər, yaxud 6,8%
Dallas 58 min 473 nəfər, yaxud 7%
Sietl 57 min 993 nəfər, yaxud 12,9%
Boston 50 mni 540 nəfər, yaxud 12,3% 

ABŞ-da eynicinsli nikahaların leqallaşdırılmasının LGBT üçün belə önəmli olması, bu hüquq uğrunda illərlə davam edən məhkəmə proseslərinin, çoxminli aksiyaların keçiriləmsinə səbəb bir neçə faktor var.

İlk növbədə dünayada demokratiyanın vətəni və bir nömrəli supergüc sayılan Amerika LGBT hüquqlarının tanınmasında bütün maneələri aradan qaldırması və homoseksualların vətəndaş hüquqlarını tam təmin etməklə cəmiyyətə inteqrasiya etməsi dünya LGBT hərəkatının əlində ciddi arqumentə çevriləcək.

Digər tərfədən, LGBT hərəkatının öz hüquqları uğrunda açıq mübarizəsi də buradan başlayır. 1969-cu il iyunun 28-də Nyu-Yorkun əsas homoseksualların və onlara rəğbət bəsləyən insaların yaşadığı Qrinç Villic rayonunda polislə homoseksuallar arasında küləvi toqquşmalar baş verdi. O zamana qədər məişət zəmində diskriminasiyaya və hüquq-mühafizə orqanlarının özbaşnalığına məruz qalan geylər və lesbiyanlar özlərini qorumaq üçün kütləvi müqavimət göstərdilər.

Homoseksuallıq sağalarımı?

Homoseksuallığın sağalan xəstəlik olduğu düşünülən zamanlardan etibarən LGBT hüquq və azadlıqları uğrunda başlanan kütləvi mübarizə bu gün böyük uğur qazanıb.

Tibbi araşdırmalar homoseksualizmin insanda 12-13 yaşalrından başlayaraq təbii şəkildə formalaşdığını müəyyən edib. 

Onlar şou-biznesdə çox aktivdirlər



Onlar incəsənətin bir çox sahələrində, şou-biznesdə xüsusi ilə aktivdirlər. 11 dəfə “Emmi” mükafatı laureatı, sonuncu “Oskar” kinomərasiminin aparıcısı Ellen de Ceneres hələ 1997-ci ildə kaminq-aut  edərək (cinsi azlığa mənsub olduğu etiraf etmək) lesbiyan olduğunu ictimaiyyətə açıqlamışdı.

Hazırda ABŞ-da ev xanımlarının ən reytinqli verilişi olan “Şou Ellen de Ceneres”in aparıcısı olan lesbiyan 2008-ci ildən aktrisa Portiya De Rossi ilə evlidir.

Yaxud ABŞ vətəndaşı olan Puerto-Rikalı müğənni Riki Martin 2010-cu il martın 29-da verdiyi açılamada qeyri-ənənəvi cinsi orientasiyaya malik olduğunu etiraf etmişdi.

Artıq uzun illərdir ki, gey olması heç kəsə sirr olmayan Britaniyalı Elton Con, Corc Maykl, dünyaca məşhur “Queen” qrupunun solisti və əsas müəllifi Freddi Merkuri, hazırda dünyanın ən bahalı rəssamlarından sayılan, incəsənətin müxtəlif sahələrində konseptual əsərlər yaradan Endi Uorhol və dünyanın əksər moda dizaynerləri geydir.

Onların sayı və nüfuzu artır-siyası gücə çevrilirlər



Geylərin sayının ildən-ilə artması və nüfuzlu vəzifə sahiblərinə çevrilməsi “gey lobbi”nin mövcud olduğunu deməyə əsas verir. Homoseksualizmin opponentlərinin fikrincə, gey lobbisi siyasi gücə çevrilir (məsələn, Almaniya xarici işlər naziri olmuş Qido Vestervelle hələ nazir vəzifəsini icra edərkən öz homoseksuallığını etiraf etmiş və partnyoru ilə ailə həyatı qurmuşdu) və ölkələr səviyyəsində qərarların verilməsinə təsir göstərirlər.

Avropa ölkələrində bəzi qanunvericilərin kiş və qadın cinsindən əlavə 3-cü cinsin yəni transgenderlərin tanınması ilə bağlı müzakirələri, ənənəvi ana-ata sözlərini 1 və 2-ci valideyn sözləri ilə əvəzləmək barədə müzakirələri kleriakl və sağçı dairələrdə, xüsusən Vatikanda böyük narahatlıq doğurur.

Azərbaycanda vəziyyət necədir?

Maraqlıdır ki, cinsi azlıqların sayı barəsində aparılan çoxsaylı araşdırmalar sübut edir ki, liberal, yaxud konservativ olmasından, iqtisadi göstəricilərindən və rifah səviyyəsindən asılı olmayaraq istənilən dünya ölkəsində adi halda 5-10% əhali gizli, ya açıq cinsi azlıq nümayəndəsidir. Ölkələr üzrə homoseksualların dəqiq siyahıyaalınması həyata keçirilmədiyindən dünyada onların dəqiq sayı barədə məlumat mövcud deyil.

Sonda onu da qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyətinin formalaşmaqda olduğu Azərbaycanda da bir neçə LGBT təşkilatı fəaliyyət göstərir.

Mühafizəkar cəmiyyətimizdə onların hüquqlarını müdafiə etməklə məşğul olan bir neçə QHT də yaradılıb. Azərbaycanda da onların sayı barədə konkret rəqəm yoxdur, amma son illər çoxaldıqları müşahidə olunmaqdadır... (modern.az)









Redaktorun seçimi