Azərbaycanda ilk audiofilm - "Bir gülün, bir günün tarixi"

Hit: 409
Azərbaycanda ilk audiofilm - "Bir gülün, bir günün tarixi"

"Avto Radio"Azərbaycan radio məkanında yeniliyə imza atıb. Belə ki, radio 20 Yanvar faciəsi zamanı şəhid olan həmvətənlərimizin xatirəsinə həsr olunan xüsusi layihə hazırlayıb.

Faktor.az Milli.Az-a istinadən xəbər verir ki, "Bir gülün, bir günün tarixi" adlı radiolayihədə 1990-cı ilin 20 yanvar günü baş verən hadisələrdən və qərənfillə bağlı indiyə kimi heç kimin bilmədiyi məqamlardan danışılır.

"Avto Radio 107.7 fm"in direktoru Cavid Nemətzadə bildirib: "Azərbaycanlı olaraq şəhidlərimiz üçün belə bir audiofilm hazırlamaq ideyası irəli sürüldü və yaradıcı heyətlə bu filmi hazırlamaq qərarına gəldik.
Əslində, bu, bir yenilikdir. Təxminən bir aydır ki, biz bu audio film üzərində işləyirik. Filmdə müsahibələri olan şəxslər həmin günü canlı yaşayan və Bakı kəndlərinin gülçülük təsərrüfatı sahibi olan sakinləridir. Məqsədimiz şəhidlərimizin xatirəsini əziz tutmaq, ölkəmizin müstəqilliyi və azadlığı uğrunda mübarizədə canından keçən şəxslərin ailələrinə təsəlli verməkdir. Bir sözlə, hər kəsi "Bir gülün, bir günün tarixi" filmini dinləməyə çağırıram. Bu, bizim ilk belə layihəmizdir. Bu layihəni gələcəkdə də davam etdirməyi planlaşdırırıq".

Qeyd edək ki, qərənfilin sevgi gülündən şəhidlər gülünə necə çevrildiyini izah edən və ona indiki tələbatdan bəhs edən audiofilm bu gün "Avto Radio" vasitəsilə dinləyicilərə təqdim olunacaq.









Redaktorun seçimi