Sumqayıtın şəhidlər xiyabanında dəfn olunan - İlk şəhid - VİDEO - FOTOLAR

Hit: 708
Sumqayıtın şəhidlər xiyabanında dəfn olunan - İlk şəhid - VİDEO - FOTOLAR

Sumqayıt torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə 405 şəhid verib.

ARB 24 xəbər verir ki, 1992-ci il fevralın 4-də cəbhədə həlak olan Rəhman Sadiq oğlu Qəhrəmanov xiyabanda dəfn olunan ilk şəhiddir.



O, şəhərdə fəaliyyət göstərən tarix muzeyinin əməkdaşı olub. Bir vaxtlar çalışdığı muzeydə indi Rəhmanın və onun kimi şəhidlik zirvəsinə ucalan silahdaşlarının şəxsi əşyaları qorunub saxlanılır. Şəhidlərin xatirəsini əbədləşdirmək üçün yaradılan qalereya gənc nəslin qəhrəmanlarımızı daha yaxından tanımasına kömək edir. Onlar doğma Azərbaycanımızın müstəqilliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Adını o ali zirvəyə yazdıran hər bir şəhidimizin həyatı, qəhrəmanlığı, yurd sevgisi bizim üçün əzizdir, eyni zamanda da əvəzolunmaz vətənpərvərlik nümunəsidir.









Redaktorun seçimi