Bakı metrosu al qərənfilə büründü - FOTOLAR

Hit: 585
Bakı metrosu al qərənfilə büründü - FOTOLAR

20 Yanvar şəhidlərinin xatirəsi Bakı Metropolitenində yad edilir.

Faktor.az azvision.az-a istinadən xəbər verir ki, hər il olduğu kimi, bu il də bütün stansiyalar qara lentli qərənfillərlə bəzədilib, matəm musiqiləri səsləndirilir. 

Metronun "20 Yanvar" stansiyasında güllərdən xüsusi ekspozisiya hazırlanıb. 

Qeyd edək ki, saat 12:00-da metroda bütün qatarlar dayandırılacaq, eyni anda fit verəcək, daha sonra faciə qurbanlarının xatirəsi sərnişinlərlə birlikdə bir dəqiqəlik sükutla yad ediləcək.

1
1








Redaktorun seçimi