20 yanvar hadisələrindən 27 il ötür

Hit: 461
20 yanvar hadisələrindən 27 il ötür
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq Azǝrbaycanda, Türkiyǝdǝ vǝ dünyanın müxtǝlif ölkǝlǝrindǝ anım tǝdbirlǝri keçirilir.
 
XX əsrin ən qanlı hadisələrindən biri olan bu dəhşətli faciədən 27 il ötür. Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu görünməmiş ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı il yanvarın 20-də qanlı divan tutuldu.
Mǝqsǝd; müstǝqillik istǝyǝn Azǝrbaycan xalqını sǝsini çıxarmasına mane olmaq, Sovet İttifaqındakı digǝr cümhuriyyǝtlǝrə göz dağı çǝkmǝk idi.
 
Sovet ordusu gǝnc-yaşlı, qadın-kişi fǝrqi qoymadan qarşısına çıxan hǝr kǝsi qǝtlǝ yetirdi.
 
O gün Azǝrbaycan müstǝqillik uğrunda 130-dan çox şǝhid verdi.
 
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq Azǝrbaycanda, Türkiyǝdǝ vǝ dünyanın müxtǝlif ölkǝlǝrindǝ anım tǝdbirlǝri keçirilir.nin 27-ci ildönümü ilə əlaqədar olaraq Azǝrbaycanda, Türkiyǝdǝ vǝ dünyanın müxtǝlif ölkǝlǝrindǝ anım tǝdbirlǝri keçirilir.
 
Sabah da Azərbaycandakı bütün bayraqlar yarıya endiriləcək və bu matəm günündə şəhər mərkəzləri, dövlət idarələri ilə xarici nümayəndəliklərdə anım mərasimləri keçiriləcək. Azərbaycanın xarici nümayəndəliklərində də anım mərasimləri keçirilir. Həmin çərçivədə Türkiyənin müxtəlif şəhərlərində də 20 Yanvar şəhidlərinin xatirələrini yad etmək üçün mərasimlər təşkil edilir.
 
“Qanlı Yanvar” hadisələri həmişə yaddaşlardadır. Türkiyə qardaş Azərbaycan xalqı ilə dərtlərini paylaşdığını göstərmək və kədərlərini dünyaya çatdırmaq məqsədi ilə Türkiyədə və başqa ölkələrdə yürüşlər keçirmiş, mediada beynəlxalq ictimaiyyətə bu qətliam haqqında məlumat ötürmüşdür.
 
 

 









Redaktorun seçimi