Sosial şəbəkələrdə - TƏHLÜKƏLİ TENDENSİYA - VİDEO

Hit: 483
Sosial şəbəkələrdə - TƏHLÜKƏLİ TENDENSİYA - VİDEO

Bir qrup şəxs sosial şəbəkələrdə istifadəçiləri intihara, aqressiyaya sövq edən foto və statuslar paylaşırlar. Hətta bununla bağlı qrupda yaradıblar. Psixoloqlar isə deyir ki, belə şəxslər məqsədyönlü şəkildə bu cür addım atırlar və belə qruplara üzv olub bəyənənlərin sonradan sağlamlığında bir sıra problemlər yaranır. Bəs belə vəziyyətdə nə etmək lazımdır?

Faktor.az xezerxeber.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə insanları intihara və depresiyaya sövq edən səhifələr yaradıb insanları psixoloji təsir altda saxlayırlar.

Maraqlısı budur ki, onlar özlərinə 10 mindən çox izləyici toplaya biliblər. .Məsələn İnstaqram sosial şəbəksində ''aqressiv ledi'' adlı bu səhifənin 12 mindən çox izləyicisi var.Səhifədə paylaşılan fotolara diqqət edin.Fotolarda insanları depresiyaya sövq edən,intihara sürükləyən görüntülər əks olunur.Bununla yanaşı, səhifəni idarə edən şəxs özünə xəsarət yetirdiyini əks etdirən fotolar paylaşır.

Paylaşılan fotolara isə istifadəçilər şərh bildirirlər.Səssiz intihar adlı bu səhifdə də eyni məzmunlu fotolar və statuslar paylaşılır.İstifadəçilər arasında kiffayət qədər bu fotoları bəyənənlərdə olur.

Psixoloq Aidə Nəbiyevə deyir ki,bir qurup şəxs sosial şəbəkələrdə bu cür səhifələri bilərəkdən yaradırlar.Məqsəd insanları depresiyaya və intihara sövq etməkdir. Psixoloqlar deyir ki,belə səhifələrə üzv olan insanların sağlamlığında sonrada bir sıra problemlər ortaya çıxır.

Qanunvericilikdə isə sosial şəbəkələrdə insanları intihara və depresiyaya sövq edən fotoların paylaşılması xırda xuliqanlıq əməli hesab olunur. İnzibati xətalar məcəlləsinin 510-cu maddəsinə əsasən həmin şəxslər 50-100 manat arasında cərimə oluna, yaxud şəxsiyyəti nəzərə alınmaqla 15-gündən 1 aya qədər həbs edilə bilər.









Redaktorun seçimi