Azərbaycanda bu bazar bahalaşdı

Hit: 457
Azərbaycanda bu bazar bahalaşdı

Gəncə bazarı bahalaşdı.

Bakı Fond Birjasında (BFB) “Gəncə-Bazar” ASC-nin səhmlərinin alqı-satqısı üzrə növbəti əqd bağlanılıb. 

“İstiPress” BFB-yə istinadən xəbər verir ki, əqd bazarın 140 səhminin alqı-satqısını nəzərdə tutur.

Nominal dəyəri 0,5 manat olan qiymətli kağızlar 2 manata realizə edilib. Halbuki, ötən il, sentyabrın 15-də bağlanmış 3 əqd nəticəsində müəssisənin 5 407 səhmi 1,44 manatdan alınıb-satılıb. Başqa sözlə, 4 ay ərzində Gəncə bazarının səhmləri 38,9% dəyər qazanıb.

Xatırladaq ki, "Gəncə-Bazar" ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 357 936 manatdır. 

Faktor.az









Redaktorun seçimi