Milli Qəhrəman universitetdən qovulub? - BSU-dan açıqlama

1312 dəfə oxunub
Milli Qəhrəman universitetdən qovulub? - BSU-dan açıqlama

Mətbuatda yayılan məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov Bakı  Slavyan Universitetində xoşagəlməz mənzərə ilə rastlaşıb. Belə ki, Milli Qəhrəman universitet rəhbərliyinin göstərişi ilə içəri buraxılmayıb.

O, saytlardan birinə bu haqda açıqlama verib və qeyd edib ki, universitetlə bağlı təhsil naziri Mikayıl Cabbarova şikayət edəcək.

Məsələ ilə bağlı Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev ilə əlaqə saxladıq.

O, deyilənlərin həqiqətə uyğun olmadığını bildirdi:

"Bizim qapımız Milli Qəhrəmanlarımızın üzünə hər zaman açıqdır. Əvvəla, demək istərdim ki, bizim universitetdə, foyedə, qapıdan içəri girən kimi Milli Qəhramanların şəkillərindən ibarət, onlara həsr olunmuş stendi görə bilərsiniz. Həmçinin, universitetimizdə hər yeni dərs ilinin əvvəlində tələbələr üçün Milli Qəhrəmanlardan bəhs edən mühazirələr təşkil olunur.

Yəni, bizim Milli Qəhrəmanlara münasibətimiz belədir. Sadəcə, burada sadəcə bir anlaşılmazlıq var.

Bilirsiniz ki, hazırda universitetdə imtahan sessiyası zamanıdır. Buna görə də imtahanlara müdaxilə olunmaması üçün kənar şəxslərin içəri buraxılması nisbətən məhdudlaşdırılıb.

 Amma təbii ki, bu, Milli Qəhrəmanlara aid deyil.

Məhəmməd Həsənov Universitetə gələrkən mühafizə xidmətindən bu haqda İnzibati işlər üzrə prorektor əvəzi Əbülfəz Nağıyevə məlumat verilib. Bildirilib ki, M.Həsənov vaxtilə BSU-da təhsil alıb və indi universiteti gəzib hazırki vəziyyətlə tanış olmaq istəyir. Ə.Nağıyev razılıq verib və qeyd edib ki, M.Həsənovun burada təhsil alıbsa, burada tanıdığı kimsə varsa, onunla birlikdə universiteti gəzə bilər.

Milli Qəhraman isə deyib ki, mən buranı xeyli müddət əvvəl bitirmişəm, mənim burada tanışım yoxdur. Daha sonra isə M.Həsənov çıxıb gedib".

Xəyalə Bünyatova // Faktor.az


loading...
loading...

Redaktorun seçimi