ATƏT-in Minsk qrupu dərhal Azərbaycan hərbçisinin meyidinin vətənə qaytarılmasına çağırır

295 dəfə oxunub
ATƏT-in Minsk qrupu dərhal Azərbaycan hərbçisinin meyidinin vətənə qaytarılmasına çağırır

ATƏT-in Minsk qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri dərhal Azərbaycan hərbçisinin meyitinin vətənə qaytarılmasına çağırır.

Faktor.az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın rəsmi saytında yayılan Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarının həmsədrlərinin bəyanatında deyilir.

Bəyanatda deyilir ki, atəşkəs rejiminin pozulması qəbuledilməzdir və həmsədrlər tərəfləri vəziyyətin sabitləşməsi üçün zəruri tədbirlər görməyə çagırır.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.


loading...
loading...

Redaktorun seçimi