Şəhidlik uca zirvədir. Vətən, torpaq uğrunda canından keçənlərə "şəhid" deyirik.
Torpaqlarımızın müstəqilliyi uğrunda şəhid olan igidlərin xatirəsi həmişə əziz tutulub. Lakin Tovuz rayonunun Dondar Quşçu kəndindəki vəziyyət görənləri məyus edib. Sosial şəbəkələrdə Dondar Quşçu kəndində dağıdılmış şəhid məzarlarının fotoları yayılıb. Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi məlum olmadığı kimi, görünür icra nümayəndələrinin də məsələdən xəbəri yoxdu.
Baş vermiş biyabırçı hadisə ilə bağlı Tovuz rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra nümayəndəsinin cavabı isə qısa oldu:
"Bu haqda heç bir məlumatım yoxdur və heçnə də deyə bilmərəm".
Bu da icra nümayəndəsinin şəhidə qoyduğu hörmət...
Ümid edirik zəngimizdən sonra Tovuz rayon İcra Hakimiyyəti problemin həlli üçün tədbir görməyə başlayacaq.
Faktor.az/ Könül Kərimli