"AzTurkWood" açıq qapı günü keçirdi

"Ambasador" otelində "AzTurkWood" mebel istehsalı şirkəti media nümayəndələri üçün açıq qapı günü keçirib.
Tədbiri tanınmış yazar Xəyal Rza açaraq qonaqları salamlayıb.
O, qısa müddətli fəaliyyətinə baxmayaraq, yeni yaranan şirkətin uğurlarından danışıb.
Sonra şirkətin baş direktoru Cəmilə Hüseynova görülən işlərdən söhbət açıb.
Şirkətin prezidenti Vüsal Səid Rzazadə də öz növbəsində qonaqları salamlayaraq, bir sıra yenilikləri açıqlayıb. O bildirib ki, şirkət öz müştəriləri ilə sivil qaydada münasibət qurur, işini məhz onların tələb və imkanlari daxilində həyata keçirir.


