Qənirə Paşayevadan müəllimlərin illərdir gözlədiyi təklif

Hit: 17158
Qənirə Paşayevadan müəllimlərin illərdir gözlədiyi təklif

Azərbaycanda orta məktəb müəllimlərinin güzəştli ipoteka kateqoriyasına daxil edilməsi təklif edilir.

Faktor.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva çıxış edib. Q.Paşayeva bildirib ki, orta məktəb müəllimlərinin əmək haqları ipotekadan yararlanmağa imkan vermir: “Müəllimlər də həmin güzəştli kateqoriyaya daxil edilsələr, onların da ipotekadan yararlanmaq imkanı olacaq. Bu, müəllimlərimizə çox böyük dəstək olar. Savadlı nəsillərin yetişməsi üçün müəllimlərin böyük rolu var. Onlar da ipoteka almaq üçün güzəştli kateqoriyaya daxil edilsin”.

Deputat çıxışında bildirib ki, ən ciddi məsələlərdən biri mənzil problemidir. Onun sözlərinə görə, bu məsələ dövlətin diqqət mərkəzindədir: “İpoteka kreditlərindən yararlanmanın kateqoriyaları var. Güzəştli kateqoriyalara müəllimləri də əlavə etmək lazımdır. Onların maaş azdır, bunu etməklə onlara dəstək vermiş olarıq. Həmçinin bu sahəyə gənclərin marağını artırar”.

Q.Paşayeva sənədsiz evlərin sənədləşməsi məsələsinə də toxunub. O deyib ki, bu problemin aradan qaldırılması vacibdir.

Faktor.az









Redaktorun seçimi