Qubada 20 sm hündürlükdə qar yağıb

Hit: 502
Qubada 20 sm hündürlükdə qar yağıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 5-i gündüzdən dekabrın 6-sı səhər saatlarınadək müşahidə olunan faktiki hava ilə bağlı məlumat yayıb.
 
Departamentdən bildirilib ki, bu müddətdə ölkədə hava şəraiti qeyri-sabit keçib, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Bakıda və Abşeron yarımadasında  güclənib. 
 
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-6, Böyük Qafqazda 2-31, Kiçik Qafqazda 5-19, Lənkəran-Astara zonasında 1-10, Qazax-Gəncə zonasında 1-2, Mərkəzi Aran rayonlarında  1-9, Naxçıvan MR-da 1-4 mm təşkil edib.
 
Qar örtüyünün hündürlüyü Qubada 20, Qubanın dağlıq ərazilərində 2-20, Xınalıqda 13, Daşkəsən, Göygöl, Altıağacda 10, Sarıbaşda 8, İsmayıllıda 7, Şahbuzda 5, Qəbələdə 4, Lerik, Rvarud, Ordubadda 3,  Şamaxıda 2, Ağdərə, Mərəzə,  Şabran,  Kişçayda 1 sm olub.
 








Redaktorun seçimi