Onlar qüsurlu deyil

Hit: 754
Onlar qüsurlu deyil

Bu gün dünyada Beynəlxalq Əlillər Günü qeyd olunur.

Faktor.az xəbər verir ki, 1982-ci ildə Baş Məclis tərəfindən qəbul edilmiş əlillərə münasibətdə Ümumdünya hərəkət proqramında xüsusi təkliflər göstərilib. Bundan sonra Beynəlxalq Əlillər Günü Rusiya Federasiyasının təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib.

Hər il 3 dekabr tarixində BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur.

Cəmiyyətimizdə insanların hamısı eyni olmur. Fiziki cəhətdən məhdudiyyəti olan, yəni ki, əlilliyi olan insanlar var. Əlillik müxtəlif yollarla yarana bilər. Bunlara missal olaraq anadangəlmə, müharibələr, yol-nəqliyyat, istehsalat qəzaları, xəstəliklər nəticəsində yarana bilər. Fiziki məhdudiyyətli olmaq heç vaxt eyib sayılmamalıdır, çünki bu insanlar fiziki cəhətdən tam olmasalar da, onlarda da nəcib ürək, saf insani keyfiyyətlər, yüksək bilik, bacarıq və intellektual qabiliyyətlər vardır. İndi dünyada xeyli əlil var.

Hal-hazırda Azərbaycanda onların sayı 360 minə çatır. “Rio”da keçirilən son Paralimpiya Oyunlarında idmançılarımızın yarışı 11 medalla (1 qızıl, 8 gümüş, 2 bürünc) başa vurması fiziki məhdudiyyətin heç nəyə mane olmadığını göstərir. Bundan başqa müxtəlif sahələrdə çalışan bir çox əlilliyi olan insanlar var.

Sonda onu da qeyd edək ki, 3 dekabr beynəlxalq əlillər günüdür – BAYRAM DEYİL!

Orxan Hacı / Faktor.az









Redaktorun seçimi