Qeyri-sabit hava şəraiti sabah da davam edəcək

Hit: 830
Qeyri-sabit hava şəraiti sabah da davam edəcək
 
Bakı və Abşeron yarımadasında oktyabrın 26-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
 
Mülayim şimal-şərq küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz 9-12° isti, Bakıda gecə  6-8° isti, gündüz  9-11° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 28-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
 
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 4-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacağı gözlənilir.








Redaktorun seçimi