Qorxunc PROQNOZ: - Buz dövrünün başlayacağı VAXT

Hit: 470
Qorxunc PROQNOZ: - Buz dövrünün başlayacağı VAXT

 

Kembric universitetinin alimləri hesab edir ki, 15 ildən sonra dünyada temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. 

Alim Valentin Jarkovun sözlərinə görə, 15 ildən sonra Günəşin fəallığı 60 faiz aşağı düşəcək. Bu, Yer kürəsinin hərarətinin azalmasına səbəb olacaq. Xüsusilə Şimal yarımkürəsinə ciddi təsir edəcək.

Alim əlavə edib ki, yeni buz dövrü təxminən 30 il davam edəcək. Ehtimal olunur ki, bu illər ərzində fəsillərin dəyişkənliyi nəticəsində ərzaq çatışmazlığı yaranacaq və dünyada bir çox güclü sürüşmələr meydana gələcək.

Lakin bir çox alimlər Jarkovun fikri ilə razı deyillər. Bəziləri iddia edirlər ki, Günəş fəallığının bir dərəcə azalması buz dövrünün başlanması üçün kifayət deyil. Qlobal istiləşmə tərəfdarları isə hesab edirlər ki, ozon təbəqəsində mövcud olan genişlənmə dünyada temperaturun artmasına gətirib çıxaracaq. 









Redaktorun seçimi