Kərkükə yardım kampaniyasına başlanılıb - FOTOLAR

Hit: 561
Kərkükə yardım kampaniyasına başlanılıb - FOTOLAR

 

Xəbər verdiyimiz kimi Kərkük İŞİD-in hücumlarına məruz qalıb. Cənublu soydaşlarımız isə bizdən yardım gözləyirdilər.

Onların bu gözləntisi çox çəkmədi.

Belə ki, Milliyətçi Gənclər Təşkilatının təşəbbüsü ilə soydaşlarımıza yardım kampaniyasına başlanılıb. Kampaniya ilə bağlı Milliyətçi Gənclər Təşkilatının idarə heyətinin üzvü Müşviq Vəliyevlə əlaqə saxladıq.

Müşviq Vəliyev Faktor.az-a açıqlamasında bildirdi ki, kampaniyaya artıq dünəndən etibarən başlanılıb:

“Kərküklülər İŞİD, PKK silahlı qruplaşmalarının hücumlarına məruz qalırlar. Türkmən cəbhəsinin lideri Erşad Salihi, digər türkmən liderləri ilə rəsmi danışıqlar aparılır. Bir həftə öncə Erşad bəy özü Azərbaycan və Türkiyədən yardım istəmişdi. Bu humanitar yardımdır. Bir həftəyə, on günə toplanılıb göndəriləcək. Yardım Kərkükdəki soydaşlarımızın zəruri ehtiyaclarını ödəmək üçündür.”

Könül Kərimli // Faktor.az

 

1








Redaktorun seçimi