“Azərişıq” cavablandırdı - Gədəbəydə işıq nə vaxt yanacaq?

Hit: 1249
“Azərişıq” cavablandırdı - Gədəbəydə işıq nə vaxt yanacaq?

 

Gədəbəy sakinləri bir müddətdir ki, işıq üzünə həsrət qalıblar. 

Faktor.az xəbər verir ki, rayonun Talakənd, Plankənd və Dəyirmandağ kəndlərində bir həftədir ki, işıq yoxdur. 

Məsələ ilə bağlı rayonun aidiyyatı qurumları ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı. Rayon idarəsindən zənglərimizi cavablandıran olmadı. 

Məlumat almaq üçün “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq.

Tanrıverdi Mustafayev Faktor.az-a açıqlamasında bildirdi ki, bu istiqamətdə işlər görülür:

"Elektrik enerjisinin bərpa olunması ilə bağlı işlər görülür. Axşam saatlarına kimi kəndlərin elektrik enerjisi ilə təchizatı tam təmin olunacaq".

Könül Kərimli //Faktor.az









Redaktorun seçimi