Səliqəsiz həkim xətti - İldə 7 min can alır...

Hit: 406
Səliqəsiz həkim xətti - İldə 7 min can alır...

 

“Həkimin yazdığı dərmanın adını oxuya bilmədim”. 

Tez-tez eşitdiyimiz narazılıqdır. Bəzən əczaçılar da həkimin səliqəsiz xəttindən şikayətçi olur. Bəzən də həkimin özü ilə təkrar əlaqə saxlamaq zərurəti yaranır. 

Əksər həkimlərin xəttinin başa düşülməməsi nə ilə bağlıdır? Gündəlik olaraq resept yazan uşaq həkimi deyir ki, bunun xüsusi bir səbəbi yoxdur:

"Resept aydın şəkildə yazılmalıdır. Buraxılmış dərmanın molekulyar quruluşu qeyd edilməlidir. Altında verilmə qaydası da izah olunmalıdır. Əgər verilmə qaydasında böyük bir izahat tələb olunursa, xəstəyə resept blankından əlavə bir yaddaş vərəqi tapşırılır. Çünki, dərmanların verilmə qaydası, hansı şərtlərlə veriləcək, bəzən dərmanlar bir birilə əvəz olunur".

Həkim etiraf edir ki, bəzən adda bir hərfin dəyişilməsi o dərmanın başqa dərmanla əvəz olunmasına gətirib çıxarır. 

Yeri gəlmişkən, həkimlərin yol verdiyi hərf səhvləri ucbatından hər il dünyada 7 min xəstə həyatını itirir. 









Redaktorun seçimi