Bu gün bu ərazilərdə qaz olmayacaq

Hit: 480
Bu gün bu ərazilərdə qaz olmayacaq

 

Bu gün Bakı şəhəri, Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Faktor.az xəbər verir ki, "Azəriqaz" İB-dən verilən məlumata görə, Nərimanov rayonu, Heydər Əliyev prospekti, Atletlər kəndi ilə Media şəhərciyinin yaxınlığında diametri 325 mm-lik orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar bu gün saat 09:00-dan 18:00-dək Heydər Əliyev, Nəriman Nərimanov, Aşıq Molla Cümə, Əhməd Rəcəbli, Təbriz Həsənoğlu, Qarabağ, Ceyhun Hacıbəyli küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.








Redaktorun seçimi