Balqabağın sağlamlıq üçün - 7 MÜHÜM FAYDASI

Hit: 512
Balqabağın sağlamlıq üçün - 7 MÜHÜM FAYDASI

Balqabaq sözün əsl mənasında təbii dərmandır. Müxtəlif faydalı maddələrlə olduqca zəngin olan qalqabaq insan sağlamlığına çox müsbət təsir edir.

Faktor.az saglamolun.az-a istinadən bu möcüzəli tərəvəzin 7 mühüm faydasını təqdim edir:

1. Ürək-damar sistemi üçün çox faydalıdır - hipertoniyanın, aterosklerozun riskini azaldır, qanın tərkibini yaxşılaşdırır.
2. Bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir - bağırsaqları "yumşaldır", qəbizlikdən xilas edir.
3. A vitamini ilə zəngin olduğuna görə görməni yaxşılaşdırır, "toyuq korluğu" zamanı faydalıdır.
4. Böyrəklər üçün çox faydalıdır - böyrəkləri təmizləyir, fəaliyyətini yaxşılaşdırır.
5. Qaraciyərin əsas dostlarından biridir - qaraciyərin fəaliyyətinə müsbət təsir edir.
6. Orqanizmi şlaklarda,n toksinlərdən, ağır metalların duzlarında və s. ziyanlı maddələrdən təmizləyir.
7. Sinir sisteminə çox müsbət təsir edir - sakitləşdirir, stresi azaldır, yaddaşı və diqqəti yaxşılaşdırır, yuxusuzluq zamanı kömək edir.
Balqabağın faydalı xüsusiyyətlərini saxlamaq üçün tərəvəzi az suda və ya buğda bişirin, balqabaq şirəsini için. Balqabaq tumları da çox faydalı müalicəvi məhsul sayılır.









Redaktorun seçimi