Sabah Bakıda yağış yağacaq

Hit: 422
Sabah Bakıda yağış yağacaq

Oktyabrın 23-də Bakı və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-10° isti, gündüz 11-14° isti, Bakıda gecə  8-10° isti, gündüz  11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90% təşkil edəcək.Azərbaycanın rayonlarında, əsasən, bəzi şimal və şərq bölgəsində gecə və axşam yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10° isti, gündüz 10-14° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacağı gözlənilir.

Faktor.az









Redaktorun seçimi