Qadınlar niyə ölmək üçün hündürmərtəbəli binaları seçirlər? - FOTOLAR

Hit: 980
Qadınlar niyə ölmək üçün hündürmərtəbəli binaları seçirlər? - FOTOLAR

Son zamanlar intihar hallarının çoxalması cəmiyyətdə insanların pisixoloji durumunun gərginliyindən xəbər verir.

Demək olar ki, hər gün bir intihar xəbəri eşidirik. Xüsusilə də qadınlar intihar üçün hündürmərtəbəli binaları seçirlər.

Buna səbəb nədir, nəyə görə qadınlar intihar üçün hündürmərtəbəli binaları seçirlər? Bu suallar pisixoloq Elnur Rüstəmova müraciət etdik:

“Qadınlar kişilərdən fərqli olaraq daha çox intihara cəhd edirlər. Ancaq kişilərdə intihar fikri olarsa, onlar daha çox intihar prosesini sonlandırmaq istəyirlər. Qadınlarda intihar halları bəzən diqqət çəkmək üçün də ola bilər.

O ki qaldı niyə intihar edirlər? Həmin şəxsin görünən və görünməyən narahatlığı ola bilər. Bəzən elə intihar halları olur ki, araşdırmada ailənin normal olduğu, maddi imkanlarının da yaxşı olduğu ortaya çıxır. Belələrinin özünün daxilində problemlər olur ki, onu paylaşa bilmir, heç kəsə deyə bilmirlər. Nəticədə insan özünü çıxılmaz vəziyyətdə hiss etdiyi üçün intihara əl atır.

Özünü hündür mərtəbədən atması məsələsinə gəlincə isə, burda imitasiya məsələsi var. Zaman-zaman intihar üsulları dəyişir. Bir müddət bundan qabaq intihar etmək istəyən gedirdi adını çəkmək istəmədiyim körpüyə və deyirdi ki, özümü atacam. İndi isə vəziyyət dəyişib, hündürmərtəbəli binadan ölərini atırlar.

Bu halların qarşısını almaq üçün maariflənmə işi aparılmalıdır. Ətrafınızda kimsə narahatdır, özünə qapanır, intihar haqqında fikirlər söyləyirsə zamanında tədbir görüb mütəxəssisə aparmaq lazımdır. Maariflənmə işi getsə, belə hallar da azalar".

Unutmayaq ki, səbəb nə olursa olsun intihar çıxış yolu deyil. Problemlərimizi yaxınlarımıza danışmaqla, paylaşmaqla da həll edə bilərik.

Könül Kərimli // Faktor.az

1
1
1
1








Redaktorun seçimi