Neftçalada Basketbol Federasiyasının gənclərlə görüşü keçirilib

Hit: 609
Neftçalada  Basketbol Federasiyasının gənclərlə görüşü keçirilib
Neftçala Olimpiya Kompleksində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə rayon gəncləri ilə görüşü keçirilib.
Görüşdə Neftçala RİH-in məsul şəxsləri, Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Anar Rza,Basketbol Federasiyasının baş məsləhətçisi, litvalı mütəxəsis Virginjus Bulotas, Neftçala Olimpiya Kompleksinin məsul şəxsləri, gənclər və könüllülər iştirak edib.
 
Qonaqlara rayonumuzun idman tarixindən, idman sahəsində qazanılan uğurlardan və rayonda idman sahəsində görülən işlər haqqında məlumat verilib, gələcəkdə Milli Komandanın təlim-məşq toplanışlarının və nümunəvi çıxışların Neftçala Olimpiya Kompleksində təşkil olunması ilə əlaqədar müzakirələr aparılıb.
 
Azərbaycan Respublikasın Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində Neftçala Olimpiya Kompleksinin həyətində ağacəkmə aksiyası keçirilib və müxtəlif ağaclar əkilib.
 
Görüşün keçirilməsində ölkəmizdə idmanın kütləvililiyinin artırılması, gənc nəslin sağlam böyüməsi, asudə vaxtlarının səmərəli təşkil olunması və gənclərdə basketbol idman növünə olan marağın, kütləlivililiyin artırılmasıdır.








Redaktorun seçimi