"Bu şəhərdə kimsə yoxdur" adlı görüş - FOTOLAR

Hit: 674
"Bu şəhərdə kimsə yoxdur" adlı görüş - FOTOLAR
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən "Media" və “Cinema” klublarının, “Qədim Qala” nəşriyyatının birgə təşkilatçılığı ilə "Bu şəhərdə kimsə yoxdur" adlı görüş keçirilib.
 
Görüşdə "Bu şəhərdə kimsə yoxdur" əsərinin müəllifi Rövşən Abdullaoğlu, ⁠⁠Rüfət Şahbazov - serialın rejisoru, ⁠⁠Amirab Babayev - serialın baş produsseri və serialın akyorları əməkdar artist ⁠⁠Firdovsi Atakişyev, ⁠⁠Zülfiyyə Qurbanova, ⁠⁠İbrahim Çingiz, ⁠⁠Əlibəy Məmmədli, Kamil Nazim, Vahid Orucoğlu və Qədim Qala Nəşriyyatının rəhbəri Şöhlət İxtiyaroğlu iştirak ediblər.
 
THİK-in sədri Şahmar Rəfili görüşün açılışını edərək gələn qonaqları salamlayıb. O, tələbələrə "Bu şəhərdə kimsə yoxdur" romanı barədə qısa məlumat verib, Rövşən Abdullayevin müəllifi olduğu kitabın gənclərin inkişafında, dünyagörüşünün formalaşmasındakı rolundan bəhs edib.
Yazıçı gənclər tərəfindən xüsusi sevilən romanın məzmun və obrazlarından danışıb. Ssenarinin necə ərsəyə gəlməsindən danışan müəllif serialın izləyicilər tərəfindən də rəğbət qazandığını vurğulayıb.
 
Görüşün davamında serialın aktyorları və yaradıcı heyəti tələbələrə serialdan, serialın çəkiliş prosesindən, kulisdə baş verən hadisələrdən söhbət açıblar. İştirakçıların suallarını cavablayan aktyorlar eyni zamanda  canlandırdıqları obrazlardan da danışıblar.
1
1
1
1
1








Redaktorun seçimi