BDU-da Əməkdar artist Azad Şükürovla görüş

Hit: 302
BDU-da Əməkdar artist Azad Şükürovla görüş
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzinin təşəbbüsü ilə Əməkdar artist Azad Şükürovla görüş keçirilib. Mərkəzin rejissoru Vahid Orucoğlu Əməkdar artistin həyat və yaradıcılığı haqqında məlumat verib, onun bədii qiraət ustası, səhnə danışığı müəllimi kimi xidmətlərindən söz açıb.  
 
Azad Şükürov ölkənin nüfuzlu ali təhsil ocağının tələbələri ilə görüşün təşkilinə görə təşəkkürünü bildirib. Tanınmış sənətkar milli kino və teatr sənətinin indiki durumu, inkişaf perspektivləri, sənətə gəlişi, çəkildiyi filmlər, tamaşalarda yaratdığı obrazlar haqqında danışıb. Aktyor həmçinin tamaşa və kinolarda çəkilişlər zamanı yaddaqalan məqamlarla bağlı xatirələrini də gənclərlə bölüşüb, daha sonra tələbələrin suallarını cavablandırıb.








Redaktorun seçimi