“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Hit: 352
“İMZA” və ATİB yeni layihələrə imza atacaq
“İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri Xəyyam Əsgərov “Azərbaycan Türkiyə İş Adamları” Birliyinin (ATİB) sədri Mürsəl Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
“İMZA”nın Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədli Faktor.az-a bildirib ki, görüşdə birliyin sədri Xəyyam Əsgərov təşkilatın fəaliyyəti barədə məlumat verib.
 
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər, iki qurum arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, yaranacaq problemlərin həlli yolları müzakirə olunub, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
 
Sonra Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç çıxış edib.
 
Görüşün sonunda faydalı əməkdaşlığın gələcəkdə də davam etdirilməsi məqsədilə işçi qrupun yaradılması qərara alınıb.








Redaktorun seçimi