Türkiyə universitetinin rəhbər şəxsləri ATU-nun qonağı olub

Hit: 197
Türkiyə universitetinin rəhbər şəxsləri ATU-nun qonağı olub
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin rəhbər şəxsləri Azərbaycan Tibb Universitetinin qonağı olub. 
 
Universitetin rektoru, professor Alptekin Yasimin rəhbərlik etdiyi nümayəndə heyəti ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb. 
 
Görüşdə iki universitet arasında əməkdaşlığın tarixi, ikitərəfli və mübadilə proqramları çərçivəsində əməkdaşlıq istiqamətləri, birgə elmi-tədqiqat işlərinin planlaşdırılması müzakirə olunub.
 
Görüşdə Türkiyə universitetinin prorektorları, professorlar Nuri Kahveci və Orhan Doğan, elmi katib Ali Riza Bekler, müəllim Hemran Amirli, eləcə də ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak ediblər.
 








Redaktorun seçimi